Məxfi hərbi məlumatlar mətbuata sızdı: Pentaqon hərəkətə keçdi
ABŞ-ın İrana qarşı əməliyyatlarında sursat ehtiyatlarının sürətlə tükənməsi ilə bağlı məxfi məlumatların mətbuata sızmasından sonra Pentaqonda təxminən 50 yüksək vəzifəli hərbi və mülki əməkdaşın poliqraf testindən keçirildiyi iddia edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat ABŞ mediasında yayılan xəbərlərdə yer alıb.
Bildirilir ki, testlərin keçirilməsində məqsəd məxfi məlumatların mətbuata kim tərəfindən ötürüldüyünü müəyyənləşdirmək olub.
Qeyd edək ki, məlumatın hansı mənbədən sızdığı və poliqraf testlərinin nəticələri barədə rəsmi açıqlama verilməyib.
14:23 05.09.2026
Oxunuş sayı: 38