11:59 19.11.2026
AMEA-da “Nizami Gəncəvi və Şota Rustaveli ədəbiyyatda və incəsənətdə” beynəlxalq elmi layihəsinin icra vəziyyəti müzakirə olunub
79
AMEA-nın Rəyasət Heyətində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Memarlıq və İncəsənət İnstitutu və Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun birgə icra etdiyi “Nizami Gəncəvi və Şota Rustaveli ədəbiyyatda və incəsənətdə” beynəlxalq elmi layihəsi çərçivəsində növbəti müşavirə keçirilib.
Crossmedia.az xəbər verir ki, müşavirəni giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli beynəlxalq elmi əməkdaşlığın dərinləşdirilməsində xüsusi rola malik olan bu layihənin əhəmiyyətindən danışıb, bu işdə Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun və Kembric Universitetinin böyük rolunu və mühüm töhfələrini xüsusi qeyd edib. İlk layihə çərçivəsində işıq üzü görən “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının Bakıda, Tbilisidə və Kembricdə Azərbaycan, gürcü və ingilis dillərində kitab halında nəşr olunduğunu bildirib.