Sabunçuda obyekt yanğına büründü
Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən obyektlərdən birində yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi bu barədə məlumat yayıb.
FHN-in “112” qaynar xəttinə hadisə ilə bağlı məlumat daxil olub.
Yanğın yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı əlavə məlumat veriləcəyini bildirib.
20:28 08.09.2026
Oxunuş sayı: 42