Qış yaxınlaşır, Britaniya hərəkətə keçdi
Böyük Britaniya qış aylarında Rusiyanın mümkün hücumlarına qarşı Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 100 milyon funt sterlinq dəyərində yeni yardım paketi açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Böyük Britaniya hökuməti bu barədə məlumat yayıb.
Yardım paketinə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər, iriçaplı artilleriya mərmiləri və pilotsuz uçuş aparatları daxildir.
Yeni dəstəyin Ukraynanın qış aylarında Rusiya hücumlarına qarşı müdafiə imkanlarının gücləndirilməsinə yönəldiləcəyi bildirilir.
10:01 09.09.2026
Oxunuş sayı: 49