Yasamal rayonunda “Yeni Azərbaycan Partiyası: 34 illik şərəfli inkişaf yolu” adlı tədbir keçirilib
Noyabrın 18-də YAP Yasamal rayon təşkilatı tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: 34 illik şərəfli inkişaf yolu” adlı tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Əfsun Sucayev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Partiyanın qızıl fondunun nümayəndəsi, məşhur “91-lər”dən Şahlar Əsgərov, Veteranlar Şurasının üzvü Arif Qaraşov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-Zadə, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Hidayət Məmmədov, 44 günlük Vətən müharibəsində şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevin anası, “Hüseyn Cavid 33A” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Rahilə Ramazanova, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı, “Mətbuat prospekti 40” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Qəzənfər Ağayev, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli, Yasamal Rayon Ağsaqqalar Şurasının sədri Fuad Məmmədov, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri Fərhad Qaraşov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Nüsrət Əliyev, AMEA Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yasamal rayonunda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, rayon üzrə hüquq-mühafizə orqanlarının nümayəndələri, ərazi partiya təşkilatlarının sədrləri və sədr müavinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi hissəsindən əvvəl Fəxri xiyabanda müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Giriş nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, müasir, müstəqil Azərbaycanın tərəqqisi, tarixi nailiyyətlər qazanaraq qüdrətli dövlətə çevrilməsi Ulu Öndər Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətlə bilavasitə bağlıdır. O bildirib ki, müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi mürəkkəb proseslərdən uğurla çıxması lider amili, qətiyyətli siyasət və xalq-lider birliyi sayəsində mümkün olub. Yeni Azərbaycan Partiyasının siyasi zərurətdən və xalqın ictimai tələbindən yaranmasını vurğulayan Bəxtiyar Nəbiyev bu gün Prezident, Partiyanın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni tarixi nailiyyətlər qazandığını diqqətə çatdırıb. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərində Heydər Əliyev Fondunun, Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən humanitar, sosial və mədəni layihələrin mühüm rolu qeyd olunub. Bəxtiyar Nəbiyev bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Partiyanın gələcək inkişaf istiqamətlərinin və strateji vəzifələrinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin proqram xarakterli çıxışı dövlətçilik siyasətində Partiyanın rolunu və qarşıda duran vəzifələri aydın şəkildə müəyyənləşdirib. Dövlət başçısının Partiyaya verdiyi yüksək qiymət və onun cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi fəaliyyətinə xüsusi önəm göstərməsi hər bir partiya üzvünün məsuliyyətini daha da artırır. O vurğulayıb ki, YAP Yasamal rayon təşkilatı da bu məsuliyyətdən irəli gələrək partiya üzvlərinin fəallığının artırılması, gənclərin siyasi proseslərə cəlb olunması və dövlət siyasətinin təbliği istiqamətində ardıcıl fəaliyyət göstərir. Çıxışının sonunda Bəxtiyar Nəbiyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib, hər kəsə uğurlar, ölkəmizə davamlı inkişaf və tərəqqi arzulayıb.
Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycan tarixində mühüm siyasi hadisə olduğunu bildirib. Qeyd olunub ki, 34 il əvvəl zamanın tələbi ilə yaradılan Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və ictimai-siyasi sabitliyin təmin olunmasında mühüm rol oynayıb. Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrik rəhbərliyi nəticəsində Yeni Azərbaycan Partiyası qısa müddətdə ümumxalq partiyasına çevrilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsini yaşayır və müasir Azərbaycanın qarşısında duran strateji hədəflərin reallaşdırılmasına öz töhfəsini verir. Bahar Muradova qadınların və gənclərin ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsinin, onların dövlət idarəçiliyində və cəmiyyət həyatında fəallığının artırılmasının əhəmiyyətini vurğulayıb. Bildirilib ki, qadınların ictimai-siyasi proseslərdə aktiv olması, gənclərin potensialının üzə çıxarılması və onların təşəbbüslərinin dəstəklənməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Eyni zamanda, ailə institutunun qorunması, uşaqların hüquqlarının təmin edilməsi və sağlam sosial mühitin formalaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətinə toxunub. O, Yeni Azərbaycan Partiyasının bu istiqamətdə həyata keçirdiyi fəaliyyətin cəmiyyətin inkişafına və milli həmrəyliyin güclənməsinə xidmət etdiyini bildirib. Çıxışının sonunda Bahar Muradova Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib, Partiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
44 günlük Vətən müharibəsində şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevin anası, “Hüseyn Cavid 33A” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Rahilə Ramazanova, Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü ilə bağlı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Partiya ötən 34 il ərzində Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynayıb, milli birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət edib. O vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Partiyanın həyata keçirdiyi fəaliyyət ölkəmizin inkişafına, tarixi Zəfərlərimizin möhkəmləndirilməsinə və dövlətçilik ənənələrinin davam etdirilməsinə töhfə verir. Rahilə Ramazanova şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb. O bildirib ki, Azərbaycan xalqı öz şəhidlərinin qəhrəmanlığını heç zaman unutmur və onların əziz xatirəsini daim uca tutur. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin diqqətdə saxlanılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdikləri diqqət və qayğı ailələr tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır. Bu qayğı şəhid ailələri üçün mənəvi dayaq olmaqla yanaşı, dövlətin öz qəhrəman övladlarına və onların ailələrinə verdiyi yüksək dəyərin ifadəsidir. Rahilə Ramazanova qeyd edib ki, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini yaşatmaq, onların ailələrinə diqqət göstərmək hər birimizin mənəvi borcudur. O, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının fəaliyyətində şəhid ailələrinin daim diqqətdə saxlanılmasını təqdirəlayiq hal kimi qiymətləndirib. Çıxışının sonunda Rahilə Ramazanova Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib, bütün partiya üzvlərinə uğurlar arzulayıb.
Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı, “Mətbuat prospekti 40” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Qəzənfər Ağayev çıxışında Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyət yolundan və ölkəmizin ictimai-siyasi həyatındakı rolundan bəhs edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ötən 34 il ərzində Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, milli birliyin və dövlətçilik ənənələrinin qorunmasına mühüm töhfələr verib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafına və dövlət siyasətinin həyata keçirilməsinə fəal dəstək göstərir. Daha sonra Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan və qazanılmış tarixi Zəfərin əhəmiyyətindən bəhs edən Qəzənfər Ağayev bildirib ki, 44 günlük Vətən müharibəsi xalqımızın milli birliyini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasına aparan yolun əsasını təşkil edib. Qeyd olunub ki, bu Zəfərin qazanılmasında Azərbaycan əsgər və zabitlərinin peşəkarlığı, fədakarlığı və Vətənə sonsuz bağlılığı həlledici rol oynayıb. Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı bahasına qazanılan bu Qələbə hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir. Qəzənfər Ağayev dövlətin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin, milli dəyərlərə və dövlətçilik ənənələrinə sədaqət ruhunun gücləndirilməsinin vacibliyini vurğulayıb. Çıxışının sonunda Qəzənfər Ağayev Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Sonda çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyətinin Azərbaycanın müasir dövlətçilik tarixində mühüm yer tutduğunu bildirib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ölkəmizin mürəkkəb tarixi mərhələsində milli həmrəyliyin təmin olunmasına, dövlətçiliyin qorunmasına və ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə mühüm töhfələr verib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə dinamik inkişaf edir, beynəlxalq mövqelərini möhkəmləndirir və yeni strateji hədəflərə doğru inamla irəliləyir. Elşad Həsənov vurğulayıb ki, əldə olunan nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının və onun çoxsaylı üzvlərinin fəal ictimai-siyasi mövqeyi də mühüm rol oynayır. O, Yeni Azərbaycan Partiyasının 34 illik inkişaf yolunun ölkəmizin siyasi, sosial və iqtisadi tərəqqisinin mühüm mərhələləri ilə sıx bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın yeni tarixi reallıqlar yaratmasına imkan verib. Elşad Həsənov Yasamal rayonunda dövlət siyasətinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın təmin olunması və ictimai təşəbbüslərin dəstəklənməsi istiqamətində görülən işlərdən bəhs edib. Rayon İcra Hakimiyyəti ilə YAP Yasamal rayon təşkilatı arasında mövcud olan səmərəli əməkdaşlığın birgə fəaliyyətin nəticələrinə müsbət təsir göstərdiyini bildirib. O, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinin və ərazi partiya təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirərək bu əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Çıxışının sonunda Elşad Həsənov Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib, Yeni Azərbaycan Partiyasına və onun üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə və Partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs fəxri fərman, təşəkkürnamə və hədiyyələrlə təltif olunub.
Təltif mərasimindən sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib. Tədbirə Azərbaycan Milli Konservatoriyasının və 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təqdimatında bədii hissə ilə yekun vurulub.
10:22 19.11.2026
Oxunuş sayı: 41