Neftin qiyməti altı həftənin zirvəsinə qalxdı
Brent markalı neftin qiyməti bir barel üçün 99 dolları keçərək son 6 həftənin ən yüksək səviyyəsinə çatıb.
Crossmedia.az xəbər verir ki, bazardakı son göstəricilər bu barədə məlumat verir.
Neft qiymətlərindəki artım Yaxın Şərqdə münaqişələrin daha da kəskinləşməsi ilə bağlı narahatlıqlar fonunda baş verib.
Banklar xəbərdarlıq edir ki, regionda gərginliyin daha da artması halında Brent neftinin qiyməti 120-150 dollar aralığına yüksələ bilər.
22:42 08.09.2026
Oxunuş sayı: 44