Putin: Rusiya iqtisadiyyatı son üç ildə 10 faizdən çox böyüyüb
Rusiyanın ümumi daxili məhsulu (ÜDM) son üç ildə real ifadədə 10 faizdən çox artıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində çıxışı zamanı bildirib.
“Son üç ildə Rusiyanın ümumi daxili məhsulu real ifadədə 10 faizdən çox artıb. Alıcılıq qabiliyyəti paritetinə görə isə ölkəmiz dünyanın aparıcı iqtisadiyyatları sırasında möhkəm yer tutur”, – deyə Putin vurğulayıb.
Rusiya Prezidenti ölkəsinin iqtisadi potensialını gücləndirməyə və beynəlxalq tərəfdaşlığı inkişaf etdirməyə davam etdiyini qeyd edib.
O, həmçinin Rusiyanın Asiya-Sakit okean regionu ölkələri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
11:40 19.11.2026
Oxunuş sayı: 54