Trampın yeni addımı gündəm oldu
ABŞ Prezidenti Donald Tramp Kanadadan bəzi məhsulların ölkəyə idxalını məhdudlaşdıran qərarlar imzalayıb.
Crossmedia.az xəbər verir ki, yeni tədbirlər çərçivəsində Kanadadan süd məhsulları, alkoqollu içkilər və avtomobillərin bir qisminin bu ayın sonunda ABŞ bazarına daxil olmasına qadağa qoyulacaq.
Məlumata görə, qərar Kanadanın ABŞ poladı, məişət texnikası və süd məhsullarına tətbiq etdiyi yeni tariflərə cavab olaraq qəbul edilib.
ABŞ administrasiyası bu addımlarla Kanadanın yeni tarif siyasətinə qarşı təzyiqi artırır.
09:36 09.09.2026
Oxunuş sayı: 47