ABŞ-dən husilərə qarşı yeni ittiham
ABŞ Dövlət katibi Marko Rubio husilərin Səudiyyə Ərəbistanına hücumlarının arxasında İranın dayandığını bildirib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Rubio husiləri bir çox baxımdan İranın agentləri və proksiləri adlandırıb. Onun sözlərinə görə, qruplaşma Tehranın dəstəyi ilə Səudiyyə Ərəbistanına hücumlar həyata keçirir.
“Baş verənlərin bir hissəsinin arxasında açıq şəkildə İranın əli var”, – deyə Rubio bildirib.
ABŞ Dövlət katibi Vaşinqtonun Səudiyyə Ərəbistanı ilə sıx hərbi və müdafiə əlaqələrinə malik olduğunu və bölgədəki vəziyyəti diqqətlə izlədiyini qeyd edib.
Rubio həmçinin Yəməndə quru döyüşlərinin davam etdiyini bildirib. Onun sözlərinə görə, Yəmən qüvvələri husilərə qarşı mübarizə aparır və qruplaşmanın həyata keçirdiyi hücum əməliyyatlarından sonra onları geri oturtmağa çalışır.
“Baş verənləri çox, çox diqqətlə izləyirik”, – deyə ABŞ Dövlət katibi vurğulayıb.
21:52 08.09.2026
Oxunuş sayı: 51