Çarpaz baxış

Ölkədə yeniyetmə məhkumların sayı çoxalıb. Uşaqlar arasında cinayətə meyilliliyin artması, təkcə indi üçün yox, gələcək üçün də ciddi təhlükədir. Kriminal aləm uşaqları niyə cəlb edir? 


Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, bu proses hər il artmağa davam edəcək: 

“Səbəblər ilə bağlı 20-25 ildir mətbuatda daim həyəcan təbili çalmışıq. Son dövrlərdə uşaq tərbiyəsi tamamilə arxa plana atılıb. Bir sıra şəxslər müasirlik adı altında təbliğat aparıb, uşaqları sərbəst böyütməyin, azadlıq verməyin doğru tərbiyə üsulu olduğunu dilə gətirirlər. Valideynlərin iş ilə bağlı uşaqların tərbiyəsi ilə məşğul olmağa vaxt tapmaması da başlıca səbəblər arasındadır”.

Sosioloq valideynlərin uşaqların internetə çıxışına nəzarət etmədiyini deyib:

“Uşaqlara kiçik yaşda smartfon vermək, internetə çıxışını təmin etmək və sosial şəbəkələrdə zərərli materiallara məruz qalmalarına şərait yaratmaq onların düzgün formalaşmasına imkan vermir. Bundan başqa televiziyalarda uşaq psixologiyasına qarşı aparılan mənfi təbliğatlar, çox kiçik yaşlardan bəzi cizgi filmlərin beyinə təsiri də problemin mənbəyidir”.

E.Bayramlı uşaqların öz asudə vaxtlarını təşkil etməsi üçün imkanların yox dərəcəsində olduğunu diqqətə çatdırıb:

“Yaradıcılığa, idmana və elmi fəaliyyətə meyl edən uşaqların sayı çox azdır. Bir yandan süni qidaların da təsiri böyükdür. Hər biri uşaqların şüuruna, xarakterinə, həyat tərzinə təsir göstərir. Nəticədə kriminal vəziyyət ağırlaşır, cinayətlərin sayı artır, narkotikə meyillilik çoxalır. Nə cəmiyyət, nə valideynlər, nə də təbliğat aparan resurslar, məsələnin həllinə çalışmadıqca, bu sahədə vəziyyət pisləşməyə və uşaq kriminalının sayı artmağa davam edəcək”.

Gülay Məmmədova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il