KXDR Müdafiə Nazirliyi noyabrın 23-də, ABŞ və onun müttəfiqlərinə Koreya yarımadasında və onun sərhədləri daxilində qeyri-sabitliyin və mövcud vəziyyətin silahlı münaqişə səviyyəsinə yüksəlməsinə səbəb ola biləcək növbəti təxribatlarını, düşmənçilik hərəkətlərini dərhal dayandırmaq barədə xəbərdarlıq edib. KXDR silahlı qüvvələri yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib.