Dünya xəbərləri

G20-nin hazırkı sədrliyi  Braziliya prezidenti Lula da Silva Rusiya-Ukrayna müharibəsində “zəif mövqe” nümayiş etdirib. Crossmedia.az xarici mətubata istinadla xəbər verir ki, bu sözləri Ukranya Prezidenti Vladimir Zelenski noyabrın 23-də Braziliyada keçirilən sammitdən sonra deyib.

Qeyd edək ki, Ukrayna və Yaxın Şərqdəki müharibələrlə bağlı G20 ölkələri arasında davam edən fikir ayrılıqlarına baxmayaraq, müzakirəçilər hər iki müharibənin səbəb olduğu insan iztirablarını geniş şəkildə pisləyən yekun açıqlama üzərində razılığa nail ola biliblər.

“G20 sammitinin yekun açıqlamasında Ukraynadakı müharibəyə cəmi bir bənd ayrılıb, bu, keçən ilki Yeni Dehli bəyannaməsindəki yeddi bənddən tamamilə fərqlidir. Bu ilki bəyanatda Ukrayna ilə əlaqəli nüvə təhlükələrinin pislənməsi yaxud qida və enerji infrastrukturuna hücumların dayandırılması çağırışları nəzərə alınmır”,- deyə o, bildirib.

Nəzrin Salmanova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il