Fransa Ermənistana ixrac etmək üçün Ukraynada kamikadze dronların istehsalına başlayıb. Crossmedia.az xarici KİV-ə əsasən xəbər verir ki, Fransa və Ukrayna KNDS konserni tərəfindən hazırlanmış “Colibri” və “Larinae” kamikadze dronlarının istehsalına başlayıblar. İstehsal müəssisələri Kiyev və Xarkov vilayətlərində yerləşir və maliyyələşmə Fransanın hərbi yardımı hesabına həyata keçirilir.
Paris Ermənistana irimiqyaslı pilotsuz təyyarələr ixrac etməyi planlaşdırır. Sınaq partiyası 2024-cü ilin payızında göndərilib. Fransa hakimiyyəti bu PUA-ların Transqafqazda mümkün münaqişələrdə istifadəsinin onların müdafiə sənayesinin reklamına çevriləcəyini gözləyir.
Fransa pilotsuz təyyarələrdən istifadənin effektivliyini artırmaq üçün Ukraynada hərbi əməliyyatlarda iştirak etmiş təcrübəli operatorları cəlb etmək niyyətindədir. Bu, Parisin fikrincə, Azərbaycanla qarşıdurmada Ermənistanın mövqeyini gücləndirəcək.
Gültac Mehdizadə