Rollins uzun illərdir ki, Tramp tərəfdarı olan sağçı mövqe olan Amerika Birinci Siyasət İnstitutunun həmtəsisçisi və Trampın ən yaxşı müttəfiqi olub.
Crossmedia.az xəbər verir ki, yeni seçilmiş prezidentin ilk administrasiyası dövründə Ağ Ev rəhbərinin keçmiş köməkçisi olan Rollins Amerika İnnovasiyalar ofisinin direktoru və Daxili Siyasət Şurasının direktoru vəzifəsini icra edib. Fermada böyüyən Rollins, erkən yaşlarda kənd təsərrüfatı klubu olan 4H ilə yanaşı, Amerikanın Gələcək Fermerləri ilə məşğul olub.
O, Texas Universitetində kənd təsərrüfatının inkişafı üzrə Bakalavr dərəcəsini bitirib, daha sonra isə hüquqşünas kimi çalışıb.
Qeyd edək ki, senat tərəfindən təsdiq olunduğu təqdirdə, o, təsərrüfat subsidiyalarına, federal qidalanma proqramlarına, ölkənin kənd təsərrüfatı, qida və meşə sənayesi kimi sahələrinə nəzarət edəcək.
Eyni zamanda, o, ABŞ, Kanada və Meksika arasında ticarət sazişinin yenidən müzakirəsində və Tramp-ın vəd etdiyi tariflərin tətbiqində əsas rol oynayacaq.
Nəzrin Salmanova