Türk dünyası

Cari ilin yanvar-oktyabr aylarında əsas neft kəmərləri sistemi vasitəsilə 57.8 milyon ton neftin daşınması həyata keçirilib. Crossmedia.az məlumat verir ki, 2024-cü ilin oktyabr ayının sonuna qədər, Azərbaycan neft emalı zavodlarına 15.1 milyon ton, yəni daşınan neftin 26%-i göndərilib, 1.2 milyon ton neft isə  Almaniyaya ixrac edilib.

Qeyd edək ki, oktyabrın sonuna qədər, Aktau limanından 3.1 milyon ton neft daşınıb, bunun 1.6 milyon tonu Mahaçqala limanı, 1.2 milyon tonu isə Bakı-Tbilisi-Ceyhan kəmərinə göndərilib.

Əlavə olaraq, 2024-cü ilin ilk 10 ayında Qazaxıstan ərazisi üzrə neft tranziti 8.4 milyon ton təşkil edib, bunun 8.2 milyon tonu Rusiya Federasiyasından Çin Xalq Respublikasına, 217 min tonu isə Rusiya Federasiyasından Özbəkistana göndərilib.

Qazaxıstan nefti İtaliya, Niderland, Çin, Cənubi Koreya, Rumıniya, Fransa, Yunanıstan, Türkiyə, Sinqapur və Almaniya kimi ölkələrə ixrac edilir. Avropa Statistika Agentliyinin məlumatına görə, Qazaxıstan ötən il Avropa İttifaqına ən çox neft ixrac edən ölkələr arasında ABŞ və Norveçə arxadan gəlməklə ilk üçlüyə daxil olub.

Nəzrin Salmanova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il