Türk dünyası

Türkiyənin cənub-şərq bölgəsindəki siyasi və inzibati vəziyyət son illərdə ciddi dəyişikliklərə uğrayıb. 2019-cu ildən etibarən, dövlətin bölgədəki təsirini artırmaq və separatçı qüvvələrlə mübarizəni gücləndirmək məqsədilə qəyyum təyinatı geniş tətbiq olunub.

Bu addım, dövlətin bölgədəki əraziləri üzərindəki nəzarətini möhkəmləndirmək və separatçı qüvvələrin təsirini azaltmaq üçün atılan mühüm bir tədbir hesab edilir. Lakin, bu dəyişikliklər fonunda, Türkiyənin PKK və digər terror təşkilatlarına qarşı mübarizəsi hələ də davam edir. Məqsəd, təhlükəsizliyi təmin etmək və bölgədəki etnik, ideoloji gərginlikləri idarə etməkdir. 

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli əvvəlki proseslərə nəzər yetirərək 2019-cu ildən etibarən tətbiq edilən qəyyum təyin etmək məsələsinə diqqət çəkib:

"2019-cu ildən etibarən qəyyum təyin etmək prosesi geniş şəkildə tətbiq olunur. Bu da onunla əlaqədardır ki, Türkiyə hakim elitası dövlətin cənub-şərq hissəsində geniş yer tapan, illərdir dövlət əlehinə separatçı fəaliyyət göstərən qüvvələrlə mübarizə aparmaq üçün valilik və qəyum sistemini tətbiq etdi. Bununla da  bölgədə dövlətin inzibati resurslarının ciddi üstünlüyünü təsbit etmiş oldu. DEM partiyasının simasında PKK-nın bu gün də güclü və hələ də təsirli olması faktı ortaya çıxır. Amma bu, nəticəni dəyişdirmir".

Ekspert kürd açılımının növbəti dönəminin başladığını bildirərək bir müddət əvvəl Dövlət Baxçalının etdiyi açıqlamadan söhbət açıb:

"Dövlət Baxçalı açıqlamasında qeyd etmişdi ki, PKK-nın keçmiş rəhbəri, İmralı adasında ömürlük həbsdə olan Abdullah Öcalan Milli Məclisə gələrək and içməlidir ki, adı çəkilən terror təşkilatı buraxılıb. Bu period onu göstərir ki, hələ də mübarizə gedir. Amma önəmli olan Türkiyə dövlətinin dəyişilməz mövqeyi, böyüklüyü və həmişə terrora qarşı mübarizəsinin vahidliyidir".

Banuçiçək Kalbalıyeva

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il