Türk dünyası

Trampın Suriyada nə edəcəyi hələ məlum deyil. Keçmiş yanaşmalarına əsaslanaraq bəzi proqnozlar verə bilərik. Lakin bunu əsas götürsək, düzgün dəyərləndirmə aparmaya bilərik. Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

ABŞ Suriyada PKK ilə əməkdaşlıq etdikcə Türkiyə ilə bağlı strateji problem məsələsinin davam etməsi təbiidir. Təhlükəsizlik yönümlü xarici siyasət yürüdən ABŞ  Türkiyəni başa düşmək üçün ən yaxşı vəziyyətdə olmalıdır. Bizim vəzifəmiz həm diplomatik gedişlərimizlə, həm də meydandakı addımlarımızla bu məsələdə mövqeyimizi açıq şəkildə nümayiş etdirməkdir. ABŞ Tramp dövründə Suriyadan çəkilməyə cəhd etdi. Lakin o vaxtkı ABŞ sistemi buna məhəl qoymadı və razılaşmadı. Prezidentin birbaşa göstərişinin müdafiə bürokratlarının gözündə  hərbi əhəmiyyət kəsb etmədiyi müşahidə olundu.  Tramp keçmişdə baş verənlərdən nəticə çıxarmalıdır”, - deyə o, bildirib.

Nəzrin Salmanova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il