Yaponiya sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, Honsyu adasının şərq sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin episentri Aomori prefekturasının Haçinohe şəhərindən 96 km aralıda, ocağı 50 km dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar qeydə alınmayıb, sunami təhlükəsi elan edilməyib.
Gültac Mehdizadə