Macarıstanın Baş naziri Viktor Orban Donald Tramp ilə telefon danışığı edib.
Crossmedia.az xəbər verir ki, Orban bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Budapeştdə Rumıniyanın Baş naziri Marcel Çolaku ilə məhsuldar bir görüş keçirdim. Rumıniya və Bolqarıstanın Şengenə üzvlüyü istiqamətində bir daha vacib addım atdıq. Axşam yeməyinin sonunda isə Prezident Donald Trampdan telefon zəngi aldıq" ,- deyə o, bildirib.
Qeyd edək ki, Orban Tramp ilə nə barədə danışdıqları haqqında məlumat verməyib.
Nəzrin Salmanova