Gündəm

Son illərdə beynəlxalq arenada Azərbaycanın yürütdüyü siyasət və müstəqil qərar qəbul etməsi bəzi Qərb dairələrinin qərəzli tənqidlərinə səbəb olub. Bu sırada Almaniyanın xarici işlər naziri Annalena Berbokun ölkəmizə yönəlik sərt və obyektivlikdən uzaq bəyanatları diqqət çəkir. O Azərbaycanın "demokratik standartlara riayət etmədiyi" və "insan hüquqlarına hörmətsizlik etdiyi" ilə bağlı iddialarla çıxış edir. 

Mövzu ilə bağlı deputat Hikmət Babaoğlu Crossmedia.az saytına verdiyi açıqlamada bildirib:

"Azərbaycanda insan haqları və media azadlığının boğulduğunu iddia edən Almaniyanın xarici işlər naziri rəsmi şəxs kimi yox daha çox Azərbaycana informasiya müharibəsi elan etmiş marginal islamofob mərkəzlərin nümayəndəsi kimi çıxış edir. Çox təssüf ki Avropada 2000-ci illərin ortalarından sonra formalaşan yeni nəsil siyasətçilərin siyasi təfəkkürü və dünyagörüşü Avropa hegemoniyasi əsasında və islamofob düşüncə tərzində formalaşıbdır. Onlar özlərindən olmayanları ya da öz sivilizasiyalarina aid etmədiklərini söz azadlığı və demokratiya silahı ilə cəzalandırmağa çalışırlar. Bütün bunlar dünyanın gözü qarşısında baş verdiyinə görə heç bir dövlət Avropanın demokratiya və insan hüquqları ilə bağlı nəğmələrinə inanmır. Heç Avropa cəmiyyətlərinin özü belə bu dəyərlərin doğru düzgün tətbiq olunduğuna yaxud siyasətcilərinin çıxışlarının obyektiv olduğuna inanmırlar. Ona görə də mən düşünürəm ki, dünyada baş verən qlobal proseslər kontekstində Avropa məhz universal dəyərləri istismar etdiyinə və ondan silah kimi istifadə etdiyinə görə artıq öz mövqeyini də itirməyə başlayıb. Əgər bu gün Avropanın eksponsionist "demokratiya və insan hüquqları"na qarşı Sakit okean adalarından başlamış Afrika adalarına qədər bir etiraz dalğası varsa demək bu dəyərlərin vətəni Avropa deyil. Mən düşünürəm ki,  Almaniyanın xarici işlər nazirinin verdiyi bu bəyanat da sadəcə onun özünün deyib özünün eşidəcəyi bəyanat qiymətindədir".

Almaniyanın xarici işlər naziri Annalena Burbokun Azərbaycana yönəlik qərəzli və əsassız ittihamları, əslində, ölkəmizin müstəqil siyasətinə təzyiq göstərmək və regional liderliyini zəiflətmək məqsədi daşıyır. Lakin Azərbaycanın güclü siyasi iradəsi, milli maraqlara əsaslanan diplomatiyası və beynəlxalq tərəfdaşlarla qurduğu balanslı əlaqələr belə təzyiqləri təsirsiz hala gətirir.

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il