Dünya xəbərləri

ABŞ-ın respublikaçı senatoru Lindsi Qrehm CBS News telekanalına müsahibəsində deyib ki, Ukraynada 2-7 trilyon dollar dəyərində qiymətləndirilən nadir mineralların əhəmiyyətli ehtiyatları var. Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun ABŞ üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Ukraynanın təbii sərvətlərinə çıxışını təmin etmək və iqtisadi əməkdaşlığı gücləndirmək üçün Rusiya ilə müharibədə onun qələbəsində maraqlıdır. Qrehm həmçinin Ukraynanın qlobal ərzaq təchizatında, xüsusən də Afrikanın təminatında əsas rolunu qeyd edib.

Senator hesab edir ki, ABŞ və Ukrayna arasında sazişin bağlanması hər iki tərəf üçün faydalı olacaq və Donald Tramp bu istiqaməti təşviq etməyi planlaşdırır. "Bu, hər iki tərəfə sülh və iqtisadi fayda gətirəcək" deyib Qrehm.

Gültac Mehdizadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il