Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak “Oreşnik” adlı raketin mövcudluğunu təkzib edib. Crossmedia.az xəbər verir ki, “Rusiyada “Oreşnikov” yoxdur. Bunlar klassik qitələrarası ballistik silahlardır və adları qeyri-adekvat bir şəxs icad edib” - deyə müşavir bildirib.
Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova xatırladıb ki, Ukrayna prezidenti Vladimir Zelenskinin özü belə bu raketin varlığını əvvəllər etiraf edib. Zaxarova onu da qeyd edib ki, Ukrayna liderinin kabinetində aşkar faktlarla bağlı şübhələr adi hadisəyə çevrilib.