Özbəkistanın Daşkənd şəhərində Çin İxrac-İdxal Bankının (Eksimbank) nümayəndəliyinin açılışı olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, tədbirdə bankın vitse-prezidenti Yanq Donqninq, Çinin Özbəkistandakı səfiri Yu Jun, Özbəkistanın investisiyalar nazirinin müavini İlzat Kasımov və hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri iştirak ediblər.
İlzat Kasımov Eksimbank-ın Özbəkistanda ümumi dəyəri 3 milyard dollardan çox olan 50-dən çox layihənin həyata keçirilməsinə verdiyi töhfəni vurğulayıb.
Yeni ofis regionun səkkiz ölkəsini, o cümlədən Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Azərbaycan, Ermənistan və Gürcüstanı əhatə edəcək, əməkdaşlığı və birgə layihələrin həyata keçirilməsini gücləndirəcək.
Qeyd edək ki, 1994-cü ildə yaradılan "China Eksim Bank" beynəlxalq ticarət və investisiyaları dəstəkləyən dövlət maliyyə institutudur.
Gültac Mehdizadə