Birinci komitə rəhbərləri və digər yüksək vəzifəli şəxslər öz postlarında qalacaq.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu "Gürcü Arzusu" Partiyasının icraçı direktoru Mamuka Mdinaradze bildirib.
“Biz bazar ertəsi səhər komitə rəhbərlərinin, parlamentin liderlərinin, vitse-spikerlərin adlarını açıqlayacağıq. Parlamentin mövcud üzvləri ilə bağlı heç bir sürpriz olmayacaq. Onlar vəzifələrini qoruyacaq və ya dəyişikliklər olacaq. Yeniliklərin olması təbiidir”, - deyə o, vurğulayıb.
Qeyd edək ki, Şalva Papuaşvili yenidən Gürcüstan Parlamentinin sədri olacaq.
Nəzrin Salmanova