Çarpaz baxış

Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirəcək və iqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələrdə ölkənin rolunu artıracaq COP29-un başlanılmasına çox az qalıb. Azərbaycanın imicinin artmasını gözü götürməyən Qərbin anti-Azərbaycan siyasəti və ölkəmizə qərəzli münasibəti isə davam edir. Qərbin bitmək bilməyən anti-Azərbaycan siyasətinin arxasında hansı səbəblər durur?

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Sahil Kərimli bildirib ki, Qərbin bir çox siyasi dairələri, Qərb və Avropa İttifaqı ölkələri daim Azərbaycana qarşı ədalətsiz, eyni zamanda qərəzli mövqe nümayiş etdiriblər:

“Bunun kökündə bir çox səbəblər dayanır. Azərbaycanın qətiyyətli, milli və dövlətçilik maraqlarına əsaslanan müstəqil siyasət yeritməsi Qərbin daim qısqanclığı ilə qarşılanıb. Digər tərəfdən Azərbaycanın 44 günlük Vətən müharibəsindəki inamlı qələbəsi, ərazi bütövlüyünü öz siyasi və hərbi gücü hesabına bərpa etməsi bölgəmizdə yeni reallıqlar yaradıb. Qərbin bəzi dairələri təəssüf ki, bu reallıqları qəbul etmək istəmirlər. İllər boyu Azərbaycana qarşı həyata keçirilən qərəzli, qarayaxma və bəzi hallarda düşmənçilik siyasətinin kökündədə məhz bu səbəblər dayanır”.

Politoloq Azərbaycanın heç vaxt Qərb ölkələrinin təzyiqləri və təhdidləri qarşısında geri çəkilmədiyini, əksinə daim irəli gedib, öz müstəqil siyasətini həyata keçirməkdə olduğunu bildirib: 

“Bu səbəbdəndə ABŞ, Qərb və Avropa İttifaqının bəzi ölkələri daim Azərbaycana qarşı məkrli planlar həyata keçirməyə çalışıblar. Nəticədə Azərbaycan tərəfindən qəbul edilməyən siyasət həyata keçiriblər. Ermənistanın kütləvi şəkildə silahlandırılması məsələsini də xüsusi vurğulamaq lazımdır. Qərb ölkələri nəyin bahasına olursa olsun, Cənubi Qafqazda nüfuz dairələrini genişləndirmək və öz varlıqlarını qoruyub saxlamaq üçün Ermənistanı bir alət kimi istifadə ediblər. Ona görə də Azərbaycan daim bu istiqamətdə haqlı mövqeyini ortaya qoyub və heç vaxt Qərbin qərəzli və ədalətsiz siyasəti qarşısında geri çəkilməyibdir”. 

Gülay Məmmədova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il