Çarpaz baxış

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan ötən gün sərhəd xəttinin sahələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi apardılar. Növbəti görüşün də baş tutması planlaşdırılır. Sərhəd xətlərinin müəyyənləşdiriliməsi, delmitasiya və demarkasiya məsələləri vacibdir. Çünki bu məsələlər sülh gündəliyi üçün də önəmlidir.

Mövzu ilə bağlı Crossmedia.az saytına açıqlama verən politoloq Elşad Həsənov görüşün baş tutmasını müsbət hal olaraq qiymətləndirib:

"Növbəti görüş də sərhəddə keçirildi. Görüşün keçirilməsi müsbət haldır və yaxşılığa doğru atılan addımdır. Görüşdən bir gün qabaq Ermənistanın Qazax rayonu ilə qonşuluğunda olan kəndlərdə ermənilərin üstündə xaç olan bayrağı var idi. O bizim təkidimizlə götürüldü yerinə Ermənistanın dövlət bayrağı asıldı. Bunlar önəmlidir. Çünki ortada sülh gündəliyi durur. Sərhədlər yenidən çəkilmir, SSRİ müdafi nazirinin baş qərərgahının 1976-cı il xəritələrinə görə sərhədlər bərpa olunur.  Azərbaycan və Ermənistan arasında sərhədlərin delmitasiya və demarkasiyası ilə bağlı tərəflər arasında 9 görüş keçirildi. Dünənki görüş də 10-cu görüş oldu. Birgə iki protokol imzalanıb: 8-ci iclasda 19 apreldə 2024-cü ildə və 9-cu iclasda 15 may 2024-cü ildə. Burada əsas Alma-Ata bəyannaməsinə əsaslanmaq birgə qərara gəlinib. 

Sərhədlərin delmitasiya və demarkasiya məsələsi də  baş nazirlərin müavinləri səviyyəsində görüşlərin nizamnaməsi təlimatı hazırlandı. Bu, Ermənistan parlamentində təsdiq olundu. Azərbaycan da bu sənədləri təsdiq etdi. Yəni hər iki o sənədlərə uyğun olaraq keçirildi. Həm bizim verdiyimiz, həm də onların verdiyi məlumatda bildirilir ki, görüşdə fikir mübadiləsi aparılıb və yeni görüşün vaxtı müəyyən edilib. Bu məslələr hesab edirəm ki, çox əhəmiyyətlidir"

Ekspert Ermənistan və Azərbaycan prezidentlərinin BRİCS tədbirində olan görüşünə də diqqət çəkib:

"BRİCS tədbirində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri N.Paşinyan arasında görüşdən sonra Paşinyanın verdiyi açıqlamalar  diqqəti cəlb etdi. O bildirdi ki, Azərbaycanı Naxçıvanla birləşdirən yolun açılmasında biz razıyıq. Orada maşınların, insanların yüngül şərtlərlə yoxlanılması haqqında fikir bildirdi. Yəni bu haqda da danışıqlar olub. Artıq razılığa gəlinib ki, Zəngəzur dəhlizi və digər kommunikasiyalar açılsın. Eləcə də Ermənistanı Rusiya ilə birləşdirən İcevan-Qazax-Tiflis yolu açılsın. Bu mənada irəliyə doğru atılan addımlar görünür. Hesab edirəm ki, Ermənistan da mütləq öz konstitusiyasında dəyişiklik etməlidir. O, həm Azərbaycana qarşı, həm də Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir"

Elşad Həsənov sonda sülh müqaviləsindən də söhbət açıb. O bildirib ki, sülh müqaviləsi ilin sonuna qədər imzalana bilər:

"Çərçivə sazişi bağlana bilər və orada da xüsusi olaraq göstərilə bilər ki, Ermənistan öz öhtəsinə götürür ki, yaxın zamanda öz konstutiyasında dəyişiklik edəcək. Azərbaycana qarşı torpaq iddiasından əl çəkəcək. Bu canlı şriftlərlə yazılmalıdır və hər iki dövlətin başçısı buna qol çəkməlidir. Buna Qərb də zamin durmalıdır ki, sabah Ermənistanda hakimiyyət dəyişikliyi olarsa gələn adam bundan imtina etsin. 
Ermənistan Konstitusiyasında mütləq dəyişiklik olmasa Azərbaycanla onların arasında sülh müqaviləsinin imzalanması mümkün deyil".

Banuçiçək Kalbalıyeva

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il