Çarpaz baxış

Qondarma erməni soyqırımını tanıtmaq və erməni diasporunun siyasətini yaymaq məqsədilə xarici ölkələrdə Ermənistan elitası lobbiçilik fəaliyyəti ilə məşğul olur. Bunu İkinci Qarabağ müharibəsində və hazırki dövrdə də müşahidə etməyə davam edirik.

Mövzu ilə əlaqədar Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə Crossmedia.az-a qeyd edir ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Ermənistan üzərində təkcə hərbi deyil, eyni zamanda siyasi və psixoloji qələbə qazandı:

"Bununla, Azərbaycan, ümumiyyətlə erməni mifini darmadağın etdi. Lakin bütün bunlara baxmayaraq, Amerika Erməniləri Milli Komitəsinin (ANCA) idarəçiliyi ilə dünya erməniləri, xüsusən ABŞ-dakı erməni lobbisi anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətini planlı şəkildə davam edirlər. İstər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də müharibədən sonra bu fəaliyyət daha da kəskinləşib.  ANCA hər zaman ABŞ-nin siyasi elitası ilə işləyib və onlar vasitəsilə də Azərbaycana təzyiq göstərilməsinə çalışıb. Son zamanlar ANCA ermənipərəst konqresmenlərin gücdündən istifadə edib Ağ Evə daha çox təsir etməyə çalışır. Bu gün ANCA-nın Ruben Vardanyan adından istifadə etməsi gözləniləndir. Çünki Xankəndindəki fəaliyyətinin son günlərində Vardanyan daha çox qərbpərsət olmuşdur. Hətta, o zamanlar Ruben Qarabağda “humanitar böhran” deyə gündəmə gətirdikləri vəziyyəti həll etmək üçün Qərbə yönəlik təkliflərlə çıxışlar edirdi. O, təcili BMT və ya digər faktaraşdırıcı missiyasının bölgəyə göndərilməsini istəyirdi. Eyni zamanda Vaşinqtonın Azərbaycana təzyiq göstərməsi üçün çalışırdı. Lakin gördüyümüz kimi, bütün onun, ümumiyyətlə ANCA-nın başçılıq etdiyi erməni lobbisinin istəkləri və səyləri nəticəsiz qaldı".

Azərbaycana qarşı bu vaxta kimi kampaniya və platforma formasında müxtəlif təzyiqlər olub:

"Bütün bunlara dövlətimiz ictimai-siyasi olaraq sinə gərib. Və ölkəmizə qarşı edilən qarayaxmaların heç bir nəticəsi olmayıb. Yəni artıq ölkəmiz belə təzyiqlərə qarşı mübarizə apardıqca daha da güclənir. İndi bunun ardınca Ruben Vardanyanla bağlı edilən təzyiqlər çox cılız görünür. Prezident İlham Əliyevin dediyi kimi, biz bu kimi məsələlərə artıq çox biganə yanaşırıq. 
Vardanyan Azərbaycan dövləti tərəfindən cinayət məsuliyyətinə cəlb olunub. Hazırda onunla bağlı cinayət işi davam edir. Rubenlə bağlı aparılan kapmaniyalar və verilən mükafatlar hüquqi baxımdan onun azad olunmasına heç bir halda şans yarada bilməz. Çünki hər bir halda son qərarı Azərbaycan dövləti verəcək".

Aytac Kərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il