Seutədə yüzlərlə miqrant etiraz etdi: Mərakeşə qayıtmaq istəmirik
İspaniyanın Şimali Afrikadakı Seuta şəhərində yüzlərlə miqrant küçələrə çıxaraq İspaniyada qalmaq hüququnun verilməsini tələb edib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Etirazçılar əllərində İspaniya bayraqları və “Mərakeşə qayıtmaq istəmirik”, “Biz də insanıq” yazılmış plakatlar tutublar. Miqrantların bir hissəsinin Avropanın materik hissəsinə keçmək ümidi ilə hazırda şəhərin çimərliklərində və kənar ərazilərində yaşadığı bildirilir.
İspaniya hakimiyyəti isə ölkəyə qanunsuz yollarla daxil olan miqrantların Seutada qalmasına və ya materikə keçməsinə icazə verilməyəcəyini açıqlayıb. Rəsmi Madrid yalnız müəyyən istisna hallarda bu qaydadan kənara çıxılacağını bildirir.
09:48 17.08.2026
Oxunuş sayı: 57