Novorossiyskədə zərər görən evlərin sayı 185-ə çatıb
Rusiyanın Novorossiysk şəhərində PUA hücumu nəticəsində zərər görən yaşayış binalarının sayı 185-ə yüksəlib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Krasnodar vilayəti administrasiyası məlumat yayıb.
Bildirilib ki, zədələnən binalardan 36-sı çoxmənzilli yaşayış evləridir. Hazırda hücumun nəticələrinin aradan qaldırılması və dəymiş ziyanın qiymətləndirilməsi istiqamətində işlər aparılır.
19:10 13.08.2026
Oxunuş sayı: 42