Dünya Rəqs İdmanı Federasiyası rusiyalı idmançılara qoyulan məhdudiyyətləri ləğv edib
Dünya Rəqs İdmanı Federasiyası (WDSF) rusiyalı idmançılara tətbiq edilən bütün məhdudiyyətləri aradan qaldırıb.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir ki, Federasiyanın məlumatına görə, Rusiya təmsilçiləri bundan sonra yarışlarda əvvəlki qaydalar əsasında iştirak edə biləcəklər.
Qərarın rusiyalı rəqqasların beynəlxalq yarışlardakı iştirakına təsir edəcəyi bildirilir.
18:40 13.08.2026
Oxunuş sayı: 37