Rusiya və Ukrayna meyitləri dəyişdi
Rusiya Ukraynaya həlak olmuş 261 hərbçinin cəsədini təhvil verib, qarşılığında isə 24 rusiyalı hərbçinin cəsədini geri alıb.
Crossmedia.az xəbər verir ki, hərbi müxbir Aleksandr Kots bu barədə məlumat yayıb.
Məlumata görə, meyitlərin növbəti mübadiləsi avqustun 13-də baş tutub. Məlumatın digər mənbələr tərəfindən də təsdiqləndiyi bildirilir.
15:15 13.08.2026
Oxunuş sayı: 43