Paşinyan: Azərbaycanlı mütəxəssislər Ermənistana səfər edib
Ermənistanın Baş naziri Nikol Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistana iki dəfə səfər etdiyini və ölkələr arasında elektrik enerjisi sahəsində əməkdaşlığın mümkün olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Paşinyan bu barədə keçirdiyi brifinqdə açıqlama verib.
Onun sözlərinə görə, səfərlər 2025-ci ilin sentyabrında və 2026-cı ilin yanvarında baş tutub. Görüşlər zamanı elektrik verilişi xətləri, dəmir yolu, boru kəmərləri və digər infrastruktur məsələləri müzakirə edilib.
Paşinyan həmçinin Ermənistanla Azərbaycan arasında elektrik enerjisinin ixracı və idxalı üzrə tərəfdaşlığın mümkün olduğunu qeyd edib.
14:36 13.08.2026
Oxunuş sayı: 51