Ryabkov: ABŞ Zelenskinin təkliflərini Rusiyaya çatdırmayıb
ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskinin münaqişənin başa çatdırılması ilə bağlı təkliflərini diplomatik kanallarla Rusiyaya təqdim etməyib.
Crossmedia.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu barədə jurnalistlərə açıqlama verib.
Ryabkov bildirib ki, Moskva Zelenskinin ABŞ-ə təqdim etdiyi təkliflər barədə məlumatlı deyil. O, ABŞ tərəfinin həmin təklifləri diplomatik kanallarla Rusiyaya ötürmədiyini vurğulayıb.
14:04 13.08.2026
Oxunuş sayı: 46