Paşinyan Qriqoryana yeni vəzifə təklif edib
Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana baş nazirin aparatında vəzifə təklif etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Paşinyan bu barədə hökumətdə keçirdiyi brifinqdə açıqlama verib.
Baş nazirin sözlərinə görə, Qriqoryan yaxın müddətdə dövlət qulluğunda fəaliyyətinə fasilə verməyə üstünlük verib. Paşinyan onun qərarına anlayış və hörmətlə yanaşdığını bildirib.
13:55 13.08.2026
Oxunuş sayı: 45