Azərbaycanda 30,2 min nəfərə əlillik TƏYİN OLUNDU
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 30,2 min şəxsə əlillik təyin edilib.
ƏƏSMN-dən Crossmedia.az-a verilən məlumata görə, onlardan 12,8 min şəxsə ilkin, 17,4 min şəxsə təkrar əlillik təyinatı aparılıb.
Bildirilib ki, əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, tibb müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir: "Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir".
10:57 13.08.2026
Oxunuş sayı: 46