Yəmən husilərin mövqelərini atəşə tutub
Yəmənin hökumət qüvvələri Marib vilayətində bir neçə cəbhə xəttində husilərin mövqelərinə artilleriya zərbələri endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Məlumata görə, hücumlar husilərin bölgədə yenidən atəşə başlamasından sonra həyata keçirilib.
Tərəflər arasında Marib istiqamətində toqquşmaların yenidən intensivləşdiyi bildirilir. Bölgə Yəməndəki uzunmüddətli münaqişədə strateji əhəmiyyət daşıyan ərazilərdən biri hesab olunur.
23:59 12.08.2026
Oxunuş sayı: 44