Tofiq Musayev UFC-də növbəti qələbəsini qazanıb
Azərbaycanın MMA idmançısı Tofiq Musayev Mütləq Döyüş Çempionatında (UFC) növbəti qələbəsini qazanıb.
Crossmedia.az xəbər verir ki, o, Serbiyanın paytaxtı Belqraddakı turnirdə slovakiyalı Lyudovit Kleynlə üz-üzə gəlib.
T. Musayev ikinci raundda rəqibini texniki nokautla məğlub edib.
Xatırladaq ki, T. Musayev daha əvvəl ABŞ-də Çilidən olan İqnasio Bahamondesə qalib gəlib. (REPORT)
21:30 01.08.2026
Oxunuş sayı: 57