İran Omanın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
İran Omanın Hörmüz boğazına birgə nəzarətlə bağlı təklifini qəbul etməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin məlumatına görə, Oman boğaza nəzarətin bərabər şəkildə bölüşdürülməsini nəzərdə tutan müvəqqəti plan təklif edib. Lakin Tehran strateji əhəmiyyət daşıyan su yolunun əsas hissəsinin İranın nəzarətində olmasını tələb edib.
Bildirilib ki, bu mövqe İranla ABŞ arasında danışıqların tezliklə bərpası ilə bağlı ümidləri zəiflədib.
İran xarici işlər nazirinin müavini Kazem Qaribabadinin sözlərinə görə, Oman boğazın böyük hissəsinin İranın nəzarətinə verilməsi təklifini dəstəkləməyəcəyi təqdirdə Tehran Vaşinqtonla danışıqların növbəti mərhələsinə razılıq verməyəcək.
Onun sözlərinə görə, Omanın təqdim etdiyi plan “İranın təhlükəsizlik problemlərini həll etmir”.
“Boğaza giriş marşrutu tam şəkildə İranın nəzarətində olmalıdır. Çıxış marşrutunun bir hissəsi isə Omanın nəzarətində qala bilər”, – deyə Qaribabadi bildirib.
O əlavə edib ki, Oman bu təklifi qəbul etməsə, Hörmüz boğazı bağlı qalacaq.
09:46 29.07.2026
Oxunuş sayı: 55