150 ton yanacaq dənizin dibində: Odessa sahillərində böyük təhlükə
Odessa körfəzində batan GOLDEN LEO quru yük gəmisinə zərbə ekoloji fəlakətə səbəb ola bilər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, gəminin göyərtəsində təxminən 150 ton yanacaq və bir neçə ton mühərrik yağı olub.
Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, insidentin ətraf mühitə və gəmiçiliyin təhlükəsizliyinə mümkün təsirini qiymətləndirmək üçün Qara dənizin akvatoriyasında mütəmadi monitorinq aparılır.
Xüsusi diqqət yanacaq-sürtkü materiallarının mümkün sızmasına yönəldilib.
22:53 28.07.2026
Oxunuş sayı: 53