Kara Svayşer: Sosial media siqaret kimi asılılıq yarada bilər
Texnologiya jurnalisti və podkast aparıcısı Kara Svayşer 14 yaşdan kiçik uşaqların valideyn icazəsi olmadan sosial mediadan istifadəsini məhdudlaşdıran yeni tədbir barədə danışıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Svayşerin sözlərinə görə, sosial media siqaret kimi asılılıq yarada bilər və gənclər üçün faydalı deyil. O, sosial medianın yeniyetmələrə, xüsusilə qızlara təsirinin araşdırılmasının vacibliyini vurğulayıb və hökumətin bu sahədə qaydalar müəyyənləşdirməli olduğunu bildirib.
Jurnalist sosial medianın asılılıq yaratması və yeniyetmələrin psixi sağlamlığına təsiri ilə bağlı narahatlığını ifadə edib. O, həmçinin TikTok ətrafındakı müzakirələrə və ABŞ-də platformanın qadağan edilməsini istəyənlərin mövqeyinə toxunub.
Svayşer hesab edir ki, hökumət ölkədə fəaliyyət göstərən, xarici şirkətlərə məxsus texnologiya platformalarının tənzimlənməsi istiqamətində daha fəal addımlar atmalıdır.
O, müsahibənin sonunda gələcəyin Ulduz müharibələrindən (Star Wars) daha çox Ulduz yoluna (Star Trek) bənzəyəcəyinə ümid etdiyini bildirib.
07:34 29.07.2026
Oxunuş sayı: 44