Ukrayna Ryazanda anbar və neft emalı zavodunu vurub
Ukrayna Rusiyanın Ryazan vilayətində pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində Ryazanda yerləşən “Wildberries” şirkətinə məxsus anbar yanmağa başlayıb.
Bildirilir ki, hücum zamanı şəhərdəki neft emalı zavodu da zərbə alıb.
Hadisə ilə bağlı rəsmi qurumlar hələlik dağıntıların miqyası və mümkün itkilər barədə ətraflı məlumat açıqlamayıb.
09:22 29.07.2026
Oxunuş sayı: 49