ABŞ Senatı Rusiyaya qarşı sanksiyalar qanun layihəsini təsdiqləyib
ABŞ Senatı Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinin müzakirəsinin davam etdirilməsinə səs verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Amerika KİV-ləri məlumat yayıb.
Prosedur səsverməsində 82 senator qanun layihəsinin lehinə, 12 senator isə əleyhinə səs verib.
Məlumata görə, bu nəticə sənədin yekun səsvermədə də asanlıqla qəbul ediləcəyini göstərir. Bununla belə, yekun səsvermənin nə vaxt keçiriləcəyi hələ dəqiqləşməyib. Bildirilir ki, səsvermə gələn həftə baş tuta bilər. Senat avqustun 10-dan etibarən sentyabr ayına qədər fəaliyyətini dayandıracaq.
Qeyd olunur ki, Nümayəndələr Palatası artıq yay tətilində olduğundan qanun layihəsinə yalnız sentyabr ayında baxa biləcək.
Sənədin hazırlanmasında əsas rol bu yaxınlarda vəfat edən respublikaçı senator Lindsi Qrem oynayıb. Vaşinqtonda onunla vida mərasimi qanun layihəsinin prosedur səsverməsindən bir neçə saat əvvəl keçirilib.
09:10 29.07.2026
Oxunuş sayı: 53