Rusiya səmasında 35 PUA: Müdafiə Nazirliyi detalları açıqladı
Rusiya hava hücumundan müdafiə qüvvələri ölkənin müxtəlif bölgələri üzərində Ukraynaya məxsus 35 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin məlumatına görə, PUA-lar Moskva vaxtı ilə saat 08:00-dan 20:00-dək Bryansk, Belqorod, Kursk, Ryazan və Oryol vilayətləri, Krasnodar diyarı, eləcə də Krım üzərində zərərsizləşdirilib.
22:39 05.11.2026
Oxunuş sayı: 59