Rubiodan 2028 addımı: Dövlət katibi istefa verə bilər
ABŞ-nin Dövlət katibi Marko Rubio 2028-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlaşmaq məqsədilə vəzifəsindən istefa verə bilər.
Crossmedia.az xəbər verir ki, "The Independent" nəşri bu barədə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Rubionun prezidentlik uğrunda mübarizədə vitse-prezident Cey Di Venslə rəqabət aparmaq şansını artırmaq üçün Prezident Donald Tramp administrasiyasının siyasətindən, o cümlədən İrana qarşı hərbi əməliyyatlardan məsafə saxlaması vacibdir. Siyasətçinin istefa qərarını da məhz bu amillə əsaslandırdığı bildirilir.
21:57 05.11.2026
Oxunuş sayı: 63