ABŞ-dən Rusiyaya qida əlavələrinin ixracı 3 dəfədən çox artıb
Birləşmiş Ştatlar bu ilin ilk üç rübündə Rusiyaya ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfədən çox dad və ətirverici qida əlavələri tədarük edib.
Crossmedia.az xəbər verir ki, "RİA Novosti" bu barədə ABŞ gömrüyünün məlumatlarına istinadən xəbər verib.
Məlumata görə, qida sənayesi üçün nəzərdə tutulan ətirli maddələr qarışığının tədarük həcmi 2,9 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,3 dəfə çoxdur.
Xüsusi artım sentyabr ayında qeydə alınıb. Belə ki, Rusiyaya tədarük avqust ayı ilə müqayisədə 5,2 dəfə, ötən ilin sentyabrı ilə müqayisədə isə 5,4 dəfə artaraq 481,4 min dollara çatıb.
Ümumilikdə, Amerika aromatik əlavələrinin dünyaya ixrac həcmi doqquz ay ərzində 1,49 milyard dollar təşkil edib. Məhsulun əsas alıcıları Kanada, Meksika, İrlandiya, Braziliya və İsveçrə olub.
22:28 05.11.2026
Oxunuş sayı: 60