Braziliyada tornada hava limanına ciddi ziyan vurub
Braziliyanın Santa-Katarina ştatında tüğyan edən güclü tornado "Serafin Enos Bertaso" hava limanının fasadının bir hissəsini dağıdıb və şüşələrini sındırıb.
Crossmedia.az xəbər verir ki, "G1" nəşri bu barədə məlumat yayıb.
Məlumata görə, noyabrın 4-də Şapeko şəhərində baş verən təbiət hadisəsi nəticəsində küləyin sürəti saatda 90 kilometrə çatıb. Tornadonun hava limanının binasına ziyan vurması və uçuş-enmə zolağına metal qırıntılarının tökülməsi səbəbindən uçuşlar noyabrın 6-sı da daxil olmaqla təxirə salınıb.
Hadisə anını əks etdirən görüntülərdə binanın divarlarının uçduğu və sərnişinlərin təhlükəsiz yerlərə qaçdığı görünür.
21:36 05.11.2026
Oxunuş sayı: 65