İran: Heç vaxt ABŞ-dən danışıqlar və atəşkəs tələb etməmişik
İran ABŞ-dən danışıqların aparılması və ya atəşkəs elan edilməsi ilə bağlı heç vaxt müraciət etməyib.
Crossmedia.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ˝SNN˝ telekanalının efirində bildirib.
Onun sözlərinə görə, son 16-17 gün ərzində, münaqişənin yeni mərhələsinin başlamasından bu yana Tehran Vaşinqtonla danışıqlar aparmaq və ya atəşkəsə nail olmaq üçün heç bir müraciət göndərməyib.
Qəribabadi qeyd edib ki, əksinə, ABŞ İranla təmasların qurulmasını özü təşəbbüs edib.
23:03 28.07.2026
Oxunuş sayı: 46