BMT xəbərdarlıq edir: Dünyanı yeni HİV epidemiyası təhdid edir
BMT HİV-in profilaktikasına ayrılan maliyyənin azalmasının dünyada yeni epidemiya riskini artırdığı barədə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə BMT məlumat yayıb.
Bildirilib ki, 2025-ci ildə daha 1,2 milyon nəfər HİV-ə yoluxub.
Təşkilatın qiymətləndirməsinə görə, təxirəsalınmaz tədbirlər görülməzsə, 2030-cu ilə qədər yeni yoluxma hallarının sayı 3 milyonu keçə bilər.
BMT profilaktika proqramlarının maliyyələşdirilməsinin artırılmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
09:38 29.07.2026
Oxunuş sayı: 41