Medvedev səfərbərliklə bağlı iddiaları düşmənin yalanı adlandırıb
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, 2026-cı ilin ilk altı ayında təxminən 200 min nəfər Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayıb, daha 16 min nəfər isə könüllülər sırasına qoşulub.
Crossmedia.az bu barədə ˝TASS˝-a istinadən xəbər verir.
Onun sözlərinə görə, pilotsuz sistemlər qoşunlarının komplektləşdirilməsi də yüksək templə aparılır və bu bölmələrə təxminən 40 min hərbçi qəbul edilib.
Medvedev Rusiyada mümkün səfərbərliklə bağlı yayılan məlumatları düşmənin yalanı adlandırıb və belə bir addıma ehtiyac olmadığını bildirib. O, 2026-cı ilin ilk yarısında Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətə olan tələbatının tam ödənildiyini qeyd edib.
Medvedev, həmçinin Ukrayna ordusunda canlı qüvvə çatışmazlığı olduğunu iddia edib. O, Rusiyada keçiriləcək seçkilər ərəfəsində səfərbərliklə bağlı xəbərlərin vəziyyəti sabitliyi pozmaq məqsədi daşıyan düşmən təbliğatının bir hissəsi olduğunu söyləyib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini müqaviləli hərbçiləri əsl vətənpərvərlər adlandırıb və Ukrayna hakimiyyətini vətəndaşları səfərbər etmək üçün donuz kimi tutmaqda ittiham edib.
23:52 28.07.2026
Oxunuş sayı: 46