Tramp: Netanyahu və Zelenski ilə görüşlər çox yaxşı keçdi
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşləri yüksək qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
“Bu, çox yaxşı görüş idi. Aydındır ki, çox mühüm məsələlər müzakirə olundu”, – deyə Tramp Netanyahu ilə görüşünü şərh edib.
ABŞ Prezidenti Zelenski ilə görüş barədə isə “çox yaxşı keçdi, çox məsələlər müzakirə olundu” ifadələrini işlədib.
Öz növbəsində Benyamin Netanyahu bu görüşü Trampla keçirdiyi “ən yaxşı söhbətlərdən biri” adlandırıb.
İsrail Baş nazirinin sözlərinə görə, görüş zamanı İsrailin təhlükəsizliyi və gələcəyi üçün vacib olan məsələlər üzrə fikir mübadiləsi aparılıb və addımlar əlaqələndirilib.
“The Times of Israel” nəşrinin məlumatına görə, görüşdə əsas müzakirə mövzusu İran olub.
09:27 29.07.2026
Oxunuş sayı: 42